Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelini qəbul edib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı bir neçə gün əvvəl Gürcüstana səfərinin uğurla keçdiyini, səmərəli müzakirələrin aparıldığını bildirib, səfərin ölkələrimiz arasında qardaşlıq əlaqələrinin gələcək inkişafı üçün çox əhəmiyyətli olduğunu vurğulayıb, müzakirə olunan məsələlərin siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə geniş gündəliyi əhatə etdiyini deyib.
Prezident İlham Əliyev qeyd edib ki, təhsil əməkdaşlığımızın əhəmiyyətli hissələrindən biridir.
Dövlətimizin başçısı Gürcüstanda Azərbaycan dilində, Azərbaycanda isə gürcü dilində məktəblərin fəaliyyət göstərməsini bunun yaxşı göstəricisi kimi qiymətləndirib. Prezident İlham Əliyev Mixeil Çxenkelinin səfərinin ölkələrimizin müvafiq nazirlikləri arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
Qəbula görə minnətdarlıq edən Mixeil Çxenkeli dövlətimizin başçısının Gürcüstana səfərinin tarixi səfər olduğunu qeyd edib və əlaqələrimizin genişləndirilməsində səfərin xüsusi önəm daşıdığını deyib. Qonaq ölkələrimizin Təhsil və Elm nazirlikləri arasında çox səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:52 / 26.10.2022
Prezident Gürcüstanın təhsil və elm nazirini qəbul edib - VİDEO
Hazırda oxunan: Prezident Gürcüstanın təhsil və elm nazirini qəbul edib - VİDEO
Hazırda oxunan: Prezident Gürcüstanın təhsil və elm nazirini qəbul edib - VİDEO
101245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.