“Azad edilən ərazilərdə minaların yerini aqroparklar alır” – Ərdoğan 

“Azad edilən ərazilərdə minaların yerini aqroparklar alır” – Ərdoğan 

Hazırda oxunan: “Azad edilən ərazilərdə minaların yerini aqroparklar alır” – Ərdoğan 

100357

“Azərbaycanlı qardaşlarımızın torpaqlarına qayıtmağa başlaması bizi sevindirir ”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən təkbətək görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, Ağalı bir kənd deyil, bir şəhərə çevrilir:
 

MÖVZU İLƏ BAĞLI:

“İşğal dönəmində dağıdılmış ərazilərin təzminatı ödənməlidir” – Ərdoğan  


“Bir il əvvəl təməlini atdığımız aqropark da kənd təsərrüfatının necə inkişaf etdirildiyini göstərir. Yolda gələrkən dəyərli qardaşım İlham Əliyev bəzi məsələləri mənə danışdı. Bunlardan biri su məsələsidir. Burada qısa müddətdə tikiləcək su anbarı ilə kənd təsərrüfatının inkişafında böyük uğurlara əldə ediləcək.

Ot tayalarının aqroparkda yığılması da artıq bu inkişafın bir göstəricisidir. Artıq minaların yerlərini bunlar alır. Bir il sonra Cəbrayıl yolunun da fərqli, müasir formada olacağını görəcəyik. Bir il ərzində bu gün təməlini atdığımız dəmir yolu da sürətlə inşa olunacaq ”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO