ÜST Azərbaycana ekspert missiyası təşkil edib - FOTO 

ÜST Azərbaycana ekspert missiyası təşkil edib - FOTO 

Hazırda oxunan: ÜST Azərbaycana ekspert missiyası təşkil edib - FOTO 

94655

ÜST-nın Ölkə Ofisi ehtiyacların qiymətləndirilməsi və ilkin səhiyyə, xəstəxana xidmətləri və tibb işçiləri üçün təlimlər sahəsində ölkəyə dəstək göstəriləcək istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə Azərbaycana ekspert missiyası təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə ÜST-nın Azərbaycan Nümayəndəliyindən məlumat verilib.

Beş gün davam edəcək missiyanın tərkibi 9 beynəlxalq ekspert və ÜST Azərbaycan Ölkə Ofisinin 8 tibb mütəxəssisindən ibarətdir.
 

MÖVZU İLƏ BAĞLI:

ÜST-dən ŞAD XƏBƏR: Koronavirus sona çatır


Səfərin ilk günündə ekspertlər səhiyyə naziri Teymur Musayev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ilə görüşərək missiyanın fəaliyyəti, həmçinin ölkəyə göstəriləcək texniki yardım planlarını müzakirə ediblər.

Ekspertlər Azərbaycan Tibb Universiteti, Dövlət Həkimləri Təkmilləşdirilməsi İnstitutu, Bakıdakı tibb kollecləri və Bakı Baş Səhiyyə Mərkəzində görüşlər keçirməyi planlaşdırır.

Bundan başqa, Bakı şəhəri və Şamaxı rayonunda yerləşən 10 dövlət və özəl xəstəxana və ilkin səhiyyə xidməti mərkəzlərinə səfərlər nəzərdə tutulur.

Eyni zamanda, ÜST-nın Şamaxıda həyata keçirdiyi digər təşəbbüs – İlkin Səhiyyə Xidmətinin Təşkilinə dair Nümayiş Layihəsi ilə bağlı tövsiyələr hazırlamaqla Azərbaycanda ilkin səhiyyə xidmətinin gələcəyinə dair görüşlərə töhfə verilməsi də missiyanın gündəliyindədir.
Missiyanın sentyabr ayının 23-də Bakıda texniki dəstəyin istiqamətlərinin müzakirəsi və müəyyən edilməsi məqsədilə milli tərəfdaşların, o cümlədən 30-dan artıq azərbaycanlı tibb işçisinin də iştirak edəcəyi seminar ilə yekunlaşacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO