Əgər siz tez-tez əsnəyirsinizsə, ilk növbədə…

Hazırda oxunan: Əgər siz tez-tez əsnəyirsinizsə, ilk növbədə…

53500

Əsnəmənin öyrənilməsinə bir çox elmi araşdırmalar həsr olunub. Lakin indiyə kimi hər birimiz üçün bu adi halın əsl səbəbi məlum deyil.

Əvvəllər belə hesab olunurdu ki, əsnəmənin səbəbi havada oksigenin az olmasıdır ki, insan əsnəyərək ona çatışmayan oksigeni almağa çalışır. Lakin daha sonra araşdırmalar göstərib ki, bu, əsnəmənin səbəbi sayıla bilər.

Bizim.Media xəbər verir ki, hal hazırda elmdə əsnəmə ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur: beyini soyutmaq üçün, dil və udlaq əzələlərinin gərginliyini azaltmaq üçün, qulaqlarda təzyiqi normallaşdırmaq üçün və s.

Lakin alimlərin fikrinə görə, tez-tez və uzun-uzadı əsnəmə bəzi xəstəliklərin və pozulmaların simptomu kimi də meydana çıxa bilər.

Bu xəstəliklər və pozulmalar arasında yuxu problemləri, güclü fiziki və əqli yorğunluq, yüksək təzyiq, beyin damarlarının problemləri və depressiya üstünlük təşkil edir.
Bu səbəbdən əgər siz tez-tez əsnəyirsinizsə, ilk növbədə kifayət qədər yatın və dincəlin.  Bu kömək etmirsə, həkimə müraciət edib ürək-damar sisteminin fəaliyyətini və arterial təzyiqi yoxlayın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO