Pandemiya başlayandan bəri bütün dünyada yoluxmalar gah azalır, gah da artır. Ekspertlər isə bunu COVİD dalğaları ilə izah edirlər. Nümunə üçün, Azərbaycanda yüzdən azdırsa, Britaniyada bu statistika 23 mindir. Yəni, Avropada yeni korona dalğasının Qafqaza çatmağına hələ var.
Bizim.Media xəbər veirr ki, koronavirusa görə insanlar qorunma, dezinfeksiya, vaksin və ən əsası da antitel kimi nüanslarla maraqlanmalı olublar.
Antitel testini kim verməlidir?
Əgər kimlərəsə maraqlıdır ki, onlar nə vaxtsa koronavirusa yoluxub, ya yox, testin bu növünə müraciət edə bilərlər. Amma “IgG” testini xəstəliyin əlamətlərindən minimum bir ay sonra vermək məqsədəuyğundur. Koronavirusun heç bir əlaməti olmayıbsa, antitel testinə ehtiyac yoxdur.
MÖVZU İLƏ BAĞLI:
“Antiteli olanlara da COVID pasportu verilməlidir” – QAYDASI
Xəstəlikdən təzə sağalmısınızsa, rahatlıqla test verə bilərsiniz. Lakin COVİD testlər bəzən yanıla da bilir. Anlamaq lazımdır ki, antitel analizi də digərləri kimi qeyri-dəqiq nəticə göstərə bilər.
Əgər test ərəfəsində alkoqoldan istifadə etmisinizsə, müxtəlif dərman preparatları atmısınızsa, testin nəticəsi yanlış ola bilər. Analizdən qabaq siqaret çəkmək, yemək, əsəbləşmək və idmanla məşğul olmaq olmaz.
Antitel testinin deşifrəsi...
Koronavirusa qarşı immun sisteminizn zəifliyini göstərən nəticə 0-12 ədəd/ml-dir. Əgər qanda “IgG” immunları tapılamırsa, bu, yeni yoluxma, yaxud peyvənd olunmnaqla bağlıdır.
12-15 ədəd/ml test nəticəsi şübhəlidir. Nəticələr onu göstərir ki, antitellərrəniz COVİD-19-a qarşı zəifdir. Bu halda tibb işçiləri 1-2 həftə sonra təkrar analiz verməyinizi tövsiyə edirlər. O zaman nəticələr daha aydın olacaq.
Testdən sonra antitellərinizin sayı 15 və ya daha çoxdursa, bu müsbət nəticədir. Yəni, orqanizminizdə koronavirusdan qorunmaq üçün yetərincə antitel var.
Bizim.Media