1 570 nəfər müharibə iştirakçısına tibbi və psixoloji yardım göstərilib

1 570 nəfər müharibə iştirakçısına tibbi və psixoloji yardım göstərilib

Hazırda oxunan: 1 570 nəfər müharibə iştirakçısına tibbi və psixoloji yardım göstərilib

197660

2023-cü ildə 1 570 nəfər müharibə iştirakçısı tibbi reabilitasiya xidmətləri, 612 nəfər şəhid valideyni isə lazımi tibbi və psixoloji yardımla təmin olunublar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Səhiyyə Nazirliyi Vətən müharibəsi iştirakçıları və şəhid olmuş vətəndaşların ailə üzvlərinə xüsusi həssaslıqla yanaşır və müvafiq tibbi yardımla təmin olunmasını daim nəzarətdə saxlayır. 
Döyüş əməliyyatları nəticəsində zərərçəkmiş hərbçilərə 12 “Psixoloji Yardım Mərkəzi”ndə (Onlardan ikisi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir, Psixi Sağlamlıq Mərkəzi və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası) psixoloji yardımın göstərilməsi davam etdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO