Dərman qəbulu zamanı yol verilən və Azərbaycanda da çox pasiyentlərin səhlənkarlıq etdiyi səhvlər sonda xəstənin özü üçün təhlükəli vəziyyətlər yaradır.
Bizim.Media xəbər verir ki, hətta ən zərərsiz hesab edilən sadə dərman belə düzgün qaydada qəbul edilmədikdə, zəhər kimi təsir edə bilər.
Dərman qəbulu zamanı bu 7 səhvə yol verməyin:
1. Həkimdən hansı dərmanları qəbul etdiyinizi gizlətməyin
Bir çox pasiyentlər həkim qəbulunda olarkən düzgün anamnez təqdim etmir. Bu vaxta qədər ağrısı, problem üçün hansı dərmanları qəbul etdiyini demir. Əslində isə həkim sizin yaxın zamanda nə qəbul etdiyinizi bilməlidir.
Yaxşı olar ki, həkimə içdiyiniz dərmanların siyahısı ilə gedəsiz. Bu ona sizə ümumiyyətlə nəyin təsir etmədiyini bilməkdə və diaqnoz qoymaqda kömək edəcək. Ola bilər ki, o sizə ümumiyyətlə bu dərmanları sizə qadağan etsin. Hətta hansı bitki çayı, vitamin qəbul etdiyinizi də gizlətməməlisiz.
2. Dərmanları vitaminlərlə qarışdırmaq
Çox preparatlar dərmanlarla uyğunlaşmır, eyni vaxtda ikisinin qəbulu bir-birininin effektivliyini azalda, artıra və ya orqanizmə fəsad verə bilər.
Bu bitki tərkibli dərmanlara və çaylara da aiddir. Nədənsə çoxları yanlış olaraq elə bilir ki, bitkilər zərərsizdir. Elə deyil. Bİr bitki orqanizmə elə fəsad verə bilər ki, yüz dərman gəlsə onu edə bilmir.
Çalışın vitaminləri dərmanlardan 4-5 saat sonra qəbul edin və ya ümumiyyətlə, qəbul etməyin.
3. Reseptdən kənara çıxmaq, dərman qəbulunu unutmaq
Həkimin müalicəsini effektsiz etməyin və xəstəliyi dərinləşdirməyin qısa yolu resept və sxemdən kənara çıxmaqdır. Sxemdəki kimi hər gün yox, unudaraq, 1-2 gündən bir qəbul etmək, axşam yox, səhər içmək, bur tablet yox yarısını içmək, 1 ay yox, 15 gün içib saxlamaq...
Hələ üstəlik həkimə bunları deməyərək içdiyinizə əmin etmək. Sonra isə müalicənin kömək etmədiyindən gileylənmək. Bİr dərmanın təyinatı üzrə təsir etməsi üçün təlimatına ciddi əməl edilməli və o, ən azı 1 ay fasiləsiz orqanizmə müəyyən dozada daxil olmalıdır. Söhbət antibiotik və ağrıkəsicilərdən getmir.
4. Dərmanları sudan başqa içkilərlə qəbul etmək, qidalarla qarışdırmaq
Bəzi qidaları dərmanlarla qarışdırmaq olmaz. Məsələn, təzyiq, qızdırmasalıcı, antibiotiklər zamanı süd, içki, antibiotiklər zamanı qreypfrut yemək olmaz.
Hormonal dərmanlar içdikdə damotundan istifadə qadağandır.
5. Əks təsirlərə diqqət etməmək
Əgər bir dərman sizdə ciddi əks təsir və yan effekt verdisə, bu zaman onun özbaşına keçəcəyini gözləməyin. Bu barədə mütləq müalicə həkiminə xəbər edin və dərmanı dəyişdirin.
Təlimatda olan əks təsirlərin hamısı sizdə olmaya bilər, siyahı uzundur, amma orqanizminə bələd insan dərmanın ona pis təsir etdiyini də hiss edir və bunu görməzdən gəlməməlidir. (medicina.az)
Bizim.Media
- A-
- A
- A+
COP29
05:31 / 30.03.2021
İçdiyiniz dərmanları zəhərə çevirən 5 SƏHV - Çoxunuz belə edirsiz
Hazırda oxunan: İçdiyiniz dərmanları zəhərə çevirən 5 SƏHV - Çoxunuz belə edirsiz
Hazırda oxunan: İçdiyiniz dərmanları zəhərə çevirən 5 SƏHV - Çoxunuz belə edirsiz
16208
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.