Bir gündə 7,8 mindən çox insan virusdan öldü

Bir gündə 7,8 mindən çox insan virusdan öldü

Hazırda oxunan: Bir gündə 7,8 mindən çox insan virusdan öldü

13684

Ümumdünya Səhiyyə Təşkilatı dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının son statistikasını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın rəsmi səhifəsində məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Dünyada daha bir öldürücü virus gəlir – Bu dəfə Malayziyadan 


Bildirilib ki, son 24 saat ərzində dünya ölkələrində virusa yoluxanların sayı 348 281 nəfər artıb. Nəticədə ümumi yoluxanların sayı 114 428 211 nəfərə çatıb.

Son sutkada müalicə alan 7 807 pasiyentin həyatını xilas etmək mümkün olmayıb. Bütövlükdə 2 543 755 nəfər pandemiya qurbanı olub.

ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.

Dünyada ən çox yoluxma halı ABŞ (28 345 585), Hindistan (11 139 516) və Braziliyada (10 587 001) və Rusiyada (4 278 750) qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO