Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin sözçüsü Elvin Hacıyev Bizim.Media-ya verdiyi açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Peyvəndlənmə işin yarısıdır – Sonra da qorunmaq lazımdır!
O qeyd edib ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” mövcuddur və işlər buna uyğun aparılır:
“Hazırda 1-ci vaksinasiya prosesi başa çatıb. Həmin strategiya çərçivəsində 50 yaş və daha yuxarı şəxslərdə vaksinasiya keçirilir.
Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra, ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur.
Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir”.
Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb.
Gül Qədirli, Bizim.Media