Peyvəndlənmə işin yarısıdır – Sonra da qorunmaq lazımdır! 

Peyvəndlənmə işin yarısıdır – Sonra da qorunmaq lazımdır! 

Hazırda oxunan: Peyvəndlənmə işin yarısıdır – Sonra da qorunmaq lazımdır! 

12655

Vaksin olunan şəxslər peyvənddən sonra yenidən yoluxa və daşıyıcı olub yoluxdura bilər.
Bunu Bizim.Media-ya açıqlamasında həkim-terapevt Novruz İsmayılov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda COVID-19 vaksininin kombinə edilmiş tədqiqatlarına başlanıldı


O, qeyd edib ki, orqanizmdə koronavirusa görə immunitetin hansı müddətə davam etdiyi bilinmir:

“Bəziləri bu immunitetin 2-3 ay, bəziləri də 1 il davam etdiyini deyir”.

N.İsmayılov vurğuladı ki,  insanlar “mən artıq peyvənd olundum, yoluxmayacağam” deyərək rahatlanmasınlar:

“Peyvənd o demək deyil ki, sən xəstələnməyəcəksən. Digər xəstəliklərdə olduğu kimi; qızılca, poliomielit, su çiçəyində də peyvənd vurulur.

Biz yenə virusu daha rahat, ağrısız və yüngül formada keçiririk. Buna görə hər kəs qorunma tədbirlərinə əməl etməlidir. Hələ COVİD-19-a qarşı vaksinin qoruyuculuq müddətinin nə qədər olacağını bilmirik. Ümid edirik ki, bu müddət heç olmasa, 2 ilədək davam etsin”.

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO