Ömrü uzatmağın asan yolu tapıldı

Hazırda oxunan: Ömrü uzatmağın asan yolu tapıldı

10912

Özünüzü yaxşı hiss etmək və müxtəlif xəstəliklərdən qorumaq üçün idmanla özünüzə işgəncə verməyiniz lazım deyil. 

Bizim.Media “Express British Medical Journal” nəşrinə istinadən xəbər verir ki, alimlərə görə, bunun üçün hər gün gəzintiyə çıxmaq kifayətdir.

 

MÖVZU İLƏ BAĞLI:

Yaşlanmanı belə gecikdirin - Mütəxəssislərdən məsləhətlər


Mütəxəssislər gəzinti vaxtı ilə ömür uzunluğu arasındakı əlaqəni araşdırıblar. 40-79 yaş arası 27 738 iştirakçı müşahidə edilib.

13 illik müddət ərzində onların məlumatları təhlil edilib və bu dövrdə gündə bir saat gəzən könüllülərin evdə daha çox və ya nadir hallarda az gəzənlərdən daha çox ömür sürdükləri məlum olub.

Əlavə edək ki, 2020-ci ildə ABŞ-ın elm adamları gündə daha çox addım atmağın daha aşağı ölüm nisbəti ilə əlaqəli olduğunu tapıblar.

Təcrübədə gündə 8.000 və ya daha çox addım atan könüllülərin ölüm nisbəti 51% azalıb və gündə ən az 12.000 addım atanlar ölüm riskində 65%  azalmaya nail olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO