Son sutkada 21 nəfər koronavirusa yoluxdu - 1 nəfər öldü

Hazırda oxunan: Son sutkada 21 nəfər koronavirusa yoluxdu - 1 nəfər öldü

105523

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 21 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 975 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 753 nəfər müalicə olunaraq sağalıb, hazırda 249 aktiv xəstə var. Bu günə qədər 9 973 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 975, bu günə qədər isə ümumilikdə 7 358 931 test icra olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO