Rusiya ilə Ukrayna arasında İstanbulda danışıqlar prosesi ABŞ və London tərəfindən dayandırılıb, Ukraynadakı münaqişəyə Zelenski rejiminə nəzarət edən anqlosakslar rəhbərlik edir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz Ukrayna nümayəndə heyəti ilə danışıqlar masasına oturduq. Martın sonuna qədər İstanbulda ukraynalıların təklif etdiyi prinsiplər əsasında vəziyyətin həllinə yanaşma razılaşdırıldı və onlar bizi də qane edirdi. Bu danışıqlar ABŞ və Londonun bilavasitə göstərişi ilə dayandırılıb. Ümumiyyətlə, bu müharibəni Zelenski rejiminə tam nəzarət edən anqlosakslar idarə edir, polyaklar və Baltikyanı ölkələr onlara qoşulmağa cəhd edir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
14:55 / 11.10.2022
"Ukraynadakı müharibəni anqlosakslar idarə edir" - Lavrov
Hazırda oxunan: "Ukraynadakı müharibəni anqlosakslar idarə edir" - Lavrov
Hazırda oxunan: "Ukraynadakı müharibəni anqlosakslar idarə edir" - Lavrov
98649
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.