Rusiyada çempionlar da hərbi komissarlığa çağırılır - FOTO

Rusiyada çempionlar da hərbi komissarlığa çağırılır - FOTO

Hazırda oxunan: Rusiyada çempionlar da hərbi komissarlığa çağırılır - FOTO

96392

Xəbər verdiyimiz kimi, Rusiyada qismən səfərbərlik elan edilib. Bir sıra şou-biznes nümayəndələri kimi gənc fiqurlu konkisürənlərə də çağırış vərəqəsi göndərilib.

Bizim.Media “Mаtç TV” kanalına istinadən xəbər verir ki, onlardan ikisinin adı açıqlanıb. Bu, 23 yaşlı Dmitri Əliyev və 22 yaşlı Makar İqnatovdur.

Dmitri fiqurlu konkisürmə üzrə 2020-ci il Avropa çempionu, Makar 2021-ci il Rusiya çempionatının gümüş mükafatçısıdır.

Nəşr yazır ki, “Rusiya Fiqurlu Konkisürmə Federasiyası” hər iki konkisürən üçün İdman Nazirliyi vasitəsilə möhlət istəyib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO