İslam Əməkdaşlıq Təşkilatı erməni təxribatını PİSLƏDİ

İslam Əməkdaşlıq Təşkilatı erməni təxribatını PİSLƏDİ

Hazırda oxunan: İslam Əməkdaşlıq Təşkilatı erməni təxribatını PİSLƏDİ

94087

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dövlət sərhədi boyunca həyata keçirdiyi hərbi təxribatdan ciddi narahatlığını ifadə edib və Ermənistan ordusunun addımını pisləyib.

Bizim.Media xəbər verir ki, Baş Katiblik Ermənistan Respublikasını Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata, habelə Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmalara uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırır.

İƏT Xarici İşlər Nazirləri Şurasının 22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməni xatırladan Baş Katiblik daha sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qarşılıqlı tanınması və hörməti əsasında normallaşdırılmasına çağırır.

Baş Katiblik həlak olanlarla əlaqədar şəhidlərin ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO