Ermənistanda vəziyyət GƏRGİNDİR – VİDEO 

Ermənistanda vəziyyət GƏRGİNDİR – VİDEO 

Hazırda oxunan: Ermənistanda vəziyyət GƏRGİNDİR – VİDEO 

93615

44 günlük müharibədə həlak olan erməni əsgərlərin valideynləri Ermənistan parlament binası qarşısında etiraz aksiyası keçirirlər.

Bizim.Media xəbər verir ki, bu barədə “sputnik armenia” məlumat yayıb.

Məlumata görə valideynlər hökumət rəsmilərindən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti təcili nəzarətə götürməyi və baş nazir Paşinyanın qəsdən qanun pozuntusuna yol verdiyi üçün ittiham edilməsini tələb edirlər.

Aksiya iştirakçıları dövlət rəhbərliyinin baş verən vəziyyəti stabilləşdirməyəcəyi təqdirdə istefa verməsinə dair şüarlar səsləndiriblər.

Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO