İş adamından XƏBƏRDARLIQ - “İran od tutub yanır...” - VİDEO

İş adamından XƏBƏRDARLIQ - “İran od tutub yanır...” - VİDEO

Hazırda oxunan: İş adamından XƏBƏRDARLIQ - “İran od tutub yanır...” - VİDEO

92095

“İran od tutub yanır, bunu bilmirsinizsə, bilin! Əgər sabah küçədə insanlar fəryad etsələr, bu, artıq nə ideologiya, nə də məzhəb üçün olmayacaq”. 

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə tanınmış xeyriyyəçi və iş adamı Əlirza Nəbi ölkədəki ağır iqtisadi durumla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, əhali küçələrə axışarsa, bu yalnız yoxsulluq ucbatından baş verəcək: 

“Ölkədə yoxsulların sayı artarsa, hökumət rəsmiləri təhlükəsiz olmayacaqlar. Odur ki, təcili tədbirlər görün, ona görə yox ki, qayğıkeş insanlarsınız və qarşı tərəf sizi mükafatlandıracaq. Evlərinizdən rahat çölə çıxa biləsiniz deyə. Mağazadan alış-veriş edib qayıda biləsiniz deyə. Övladınızın sağ-salamat məktəbə gedib qayıtmasını istəyirsinizsə, ac övladını doyurmaq üçün əlindən gələni edən anaya yardım edin. Çünki artıq o, son dərəcə təhlükəli insan sayılır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO