Simonyan “Google”u məhkəməyə verdi

Simonyan “Google”u məhkəməyə verdi

Hazırda oxunan: Simonyan “Google”u məhkəməyə verdi

89221

“Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyi və RT telekanalının baş redaktoru Marqarita Simonyan “Google” korporasiyasını məhkəməyə verib. 

Bizim.Media Lenta.ru-ya istinadən xəbər verir ki, bu, korporasiyaya daxil olan “YouTube” videohostinqində onun kanalının bloklanması ilə əlaqədardır. 

Məlumata görə, Moskva Arbitraj Məhkəməsi “YouTube” kanalının bloklanmasını qanunsuz olduğunu bildirən Simonyanın iddiasını icraata qəbul edib.

Əgər “Google” kanaldan məhdudiyyətləri götürməkdən imtina etsə, şirkət məhkəmə aktının yerinə yetirilmədiyi hər keçən günə görə 100 min rubl (2800 AZN) cərimə olunacaq, məbləğ hər həftə iki dəfə artacaq. İlkin məhkəmə prosesi oktyabrın 26-na təyin olunub. 
Qeyd edək ki, Simonyanın “YouTube” kanalı 2022-ci ilin yazında bloklanıb. Ondan başqa, videohostinq administrasiyası dövlət tərəfindən maliyyələşən Rusiya mediasının digər kanallarına da girişi məhdudlaşdırıb. Sanksiyalar RT, “Birinci kanal”, “Rossiya-1”, “Zvezda”, NTV və “Kultura” telekanallarına qarşı tətbiq edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO