Dövlət strukturlarında Paşinyanın partiyasının üzvlərinin sayı artırılacaq. Bununla bağlı hakimiyyət İrəvan Ağsaqqallar Şurasının qarşısında vəzifə qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə İrəvanın “Hraparak” qəzeti yazıb.
“Kanaker-Zeytun inzibati dairəsində bu proses rəsmiyyətsiz həyata keçirilir. İşçilərdən siqnal aldıq ki, onları rayon administrasiyasının rəhbərinin müavini Vardan Bekçyan çağırıb və şərt qoyub: “Ya “Vətəndaş müqaviləsi” partiyasına keçəcəksən, ya da işini itirəcəksən”.
Təşvişə düşən əməkdaş bildirib ki, rayonun yenicə azadlığa buraxılmış rəhbəri Karen Akopyan da belə edib. Ancaq o, bunu ehtiyatla, rayon administrasiyasının əməkdaşı Lilit Nikoyan vasitəsilə edib. Nikoyan çalışıb ki, bu proses mümkün qədər sakit həyata keçirilsin.
Görünür, indi iqtidar nümayəndələri formallıqdan əl çəkib işçiləri Paşinyanın partiyasına qoşulmağa məcbur edirlər”, - deyə mənbə qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Region
11:28 / 17.08.2022
Ya Paşinyanın partiyasına keçəcəksən, ya da işini itirəcəksən – “Hraparak”
Hazırda oxunan: Ya Paşinyanın partiyasına keçəcəksən, ya da işini itirəcəksən – “Hraparak”
Hazırda oxunan: Ya Paşinyanın partiyasına keçəcəksən, ya da işini itirəcəksən – “Hraparak”
89002
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.