İrəvan partlayışında itkin düşənlər arasında Rusiya vətəndaşı da var

İrəvan partlayışında itkin düşənlər arasında Rusiya vətəndaşı da var

Hazırda oxunan: İrəvan partlayışında itkin düşənlər arasında Rusiya vətəndaşı da var

88718

İrəvanda baş verən partlayışdan sonra itkin düşən 17 nəfər arasında Rusiya vətəndaşı da var.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.

Fövqəladə hallar naziri Armen Pambuxçyan İrəvanın Surmalu bazarında törədilmiş terror aktı versiyasını təkzib edib.

Mətbuat bazardakı binalardan birinin içərisində yanğının başladığını, daha sonra yanğının orada saxlanılan partlayıcı maddələrə keçdiyini vurğulayır.

Son məlumatlara görə, dağılmış tikililərin dağıntıları altından 16 vətəndaş çıxarılıb, onlardan altısı ölüb. 60 nəfər yaralanıb, 17 nəfərin taleyi məlum deyil.

Fövqəladə hallar nazirinin müavini David Qambaryan qeyd edib ki, pavilyonların uçmaq təhlükəsi qalır:

“Bəzi yerlərdə xilasedicilər dağıntıları əl ilə təmizləyirlər. Yanğın demək olar ki, söndürülüb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO