Ermənistan hökuməti Gürcüstandan ərzaq və tez xarab məhsullar baxımından bu ölkənin tranzit yüklərini daşıyan Lars sərhəd keçid məntəqəsinə alternativ olaraq dəniz nəqliyyatına baxmağı xahiş edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi bəyanat yayıb.
“Gürcüstanın tranzit dəhlizi həddindən artıq yüklənmə rejimində işləməkdə davam edir.
Müvafiq dövlət qurumlarının fasiləsiz, 24 saat işləməsinə baxmayaraq, yük axınlarının idarə edilməsi xeyli mürəkkəbləşir.
Lars sərhəd-keçid məntəqəsi Ermənistan və Rusiya arasında yeganə birləşdirici quru məntəqəsidir ki, buradakı gecikmələr tez xarab olan məhsulların satışı ilə bağlı Ermənistan üçün problemlər yaradır.
Bu problemlərə əsaslanaraq, Ermənistan Gürcüstandan Lars sərhəd keçidinə alternativ olaraq dəniz nəqliyyatını nəzərdən keçirməyi xahiş edib", - deyə açıqlamada bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Region
22:52 / 12.08.2022
Ermənistandan qonşuya ərzaqla bağlı XAHİŞ
Hazırda oxunan: Ermənistandan qonşuya ərzaqla bağlı XAHİŞ
Hazırda oxunan: Ermənistandan qonşuya ərzaqla bağlı XAHİŞ
88349
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.