“Azərbaycan səfirliyinə hücum məni şoka saldı” – Zaxarova  

“Azərbaycan səfirliyinə hücum məni şoka saldı” – Zaxarova  

Hazırda oxunan: “Azərbaycan səfirliyinə hücum məni şoka saldı” – Zaxarova  

87225

“Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istəyirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında yazıb. 

“Gündüz vaxtı səfirliyə edilən hücum məni şoka saldı. Vandal kütləsi diplomatik nümayəndəliyin ərazisinə soxularaq dövlət rəmzlərini murdarlayıb, binaya ziyan vurublar. Allaha şükür ki, heç kim zərər görmədi”,-deyə Zaxarova qeyd edib. 
Onun sözlərinə görə, diplomatik nümayəndəliklərin ərazisi toxunulmazdır: 

“Beynəlxalq münasibətlərin əsas prinsiplərinə görə, bu, diplomatların rahat işləməsini təmin etmək üçündür. Bu qeyri-adi haldır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO