Gürcüstanda müsəlman və xristianlar arasında dava düşdü - VİDEO

Gürcüstanda müsəlman və xristianlar arasında dava düşdü - VİDEO

Hazırda oxunan: Gürcüstanda müsəlman və xristianlar arasında dava düşdü - VİDEO

8488

Qərbi Gürcüstanın Quri bölgəsinin Buknari kəndində xristian və müsəlman icmalarının arasında qarşıdurma baş verib.

Bizim.Media Gürcüstan mediasına istinadən xəbər verir ki, buna səbəb kəndin müsəlman təbəqəsinin məscid inşa etmək istəyi olub. Bu təşəbbüsə kəndin xristian əhalisi razı olmayıb. 

İnsident nəticəsində bir neçə nəfər yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdiriliblər. Həmin axşam münaqişə iştirakçılarından biri Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tutulub.

Hadisə yerinə gələn dövlət rəsmilərini isə kənddən qovublar. Bölgənin qubernatoru da xəsarət alıb.

Qonşu bölgə- Acarıstandan onlarla insan müsəlmanlara "dəstək olmaq" üçün Buknari kəndinə gəlib. Onlar bu yolla müsəlman bacı və qardaşlarına həmrəyliklərini  nümayiş etdiriblər. 

Bəzi mənbələr münaqişənin təxribat nəticəsində meydana gəldiyini bildirirlər. Gürcülər bu cür münaqişənin alovlanmasında Rusiyanı günahlandırır.

Onların fikrincə rusiyapərəst qüvvələr hakimiyyətə gəldikdən sonra, insanlar arasında bu cür təxribat xarakterli münaqişələr tez-tez baş verir.

Vüsalə Balayeva, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO