İranda vəba xəstəliyi yayıldı – KÜTLƏVİ YOLUXMA 

İranda vəba xəstəliyi yayıldı – KÜTLƏVİ YOLUXMA 

Hazırda oxunan: İranda vəba xəstəliyi yayıldı – KÜTLƏVİ YOLUXMA 

82337

İranda indiyədək 37 nəfər vəbaya yoluxub və ölüm halı qeydə alınmayıb. 

Bizim.Media xəbər verir ki, bunu İranın Səhiyyə Nazirlyinin yoluxucu xəstəliklərin məsələləri üzrə idarəsinin rəhbəri Məryəm Məsudifər deyib. 

M.Məsudifərin sözlərinə görə, hazırda qonşu ölkələrdə vəbaya yoluxma halları artıb. Ölkəyə gediş-gəlişlər artdığına görə, vəba infeksiyasına yoluxma halları da ötən illə müqayisədə artıb. 
Nazirlik rəsmisi deyib ki, ölkənin bütün tibb universitetlərinə vəba infeksiyasına yoluxanların müalicəsi üçün göstərişlər verilib. 

Məsudifər əlavə edib ki, vəba infeksiyası dünyada hələ də sağlamlıq üçün təhlükə sayılır. Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə əsasən, 2020-ci ildə dünyada 24 ölkədə 323 mindən çox şəxs vəbaya yoluxub və 857 nəfər ölüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO