Hakim partiyanın deputatlarının yaxınları Paşinyanı tənqid edən gənclərə atəş açdı – 1 ölü, 6 yaralı var

Hakim partiyanın deputatlarının yaxınları Paşinyanı tənqid edən gənclərə atəş açdı – 1 ölü, 6 yaralı var

Hazırda oxunan: Hakim partiyanın deputatlarının yaxınları Paşinyanı tənqid edən gənclərə atəş açdı – 1 ölü, 6 yaralı var

80003

Ermənistanın Araqaçotn vilayətində hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinin yaxınları Ermənistanın baş naziri Nikol Paşinyanı tənqid edən gənclərə atəş açıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Politik.am saytında yerləşdirilib.

Belə ki, “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Matevos Asatryanın qohumları və Araqaçotn vilayət qubernatorunun müavininin hakim partiayadan olan Edqar Parvanyanın əmisi oğlu bir qrup Aparan gənci ilə mübahisə edib, nəticədə onlara Kalaşnikov avtomatından atəş açıblar.

Hazırda bir ölünün və yaralıların olduğu deyilir. Hadisə rayonun Niqavan Aparan kəndində baş verib.

Saat 20:30 radələrində “Aparan” tibb məntəqəsindən Aparan rayon polis şöbəsinə müxtəlif dərəcəli bədən xəsarətləri, o cümlədən güllə yarası ilə 7 vətəndaşın gətirildiyi barədə siqnal daxil olub.

Xəstəxanada həkimlər polisə və müstəntiqlərə bildiriblər ki, yaralılardan biri dünyasını dəyişib, qalan 6 yaralı isə “Ermənistan” və “Astxik” tibb mərkəzlərinə yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO