Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna və ABŞ-a xəbərdarlıq edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Peskov bildirib ki, Ukraynanın xarici silahlardan istifadə etmək cəhdləri vəziyyəti xeyli pisləşdirəcək: “Bu, tamamilə arzuolunmaz ssenaridir. Ukrayna ən müasir silahlarla təmin edilir.
Mən bu silahların bizim ərazimizə qarşı istifadəsinin hansı nəticələrə səbəb olacağından danışmaq istəmirəm. Bu, durumu əhəmiyyətli dərəcədə əlverişsiz istiqamətə doğru dəyişəcək”.
Onun sözlərinə görə, Qərbin daha müasir silahların Kiyevə tədarükü Ukraynanın durumunu daha da ağırlaşdıracaq, lakin Rusiyanın xüsusi əməliyyatına təsir etməyəcək.
Bizim.Media
- A-
- A
- A+
Region
14:49 / 02.06.2022
Rusiyadan XƏBƏRDARLIQ – “Ukraynanın durumu ağırlaşacaq...”
Hazırda oxunan: Rusiyadan XƏBƏRDARLIQ – “Ukraynanın durumu ağırlaşacaq...”
Hazırda oxunan: Rusiyadan XƏBƏRDARLIQ – “Ukraynanın durumu ağırlaşacaq...”
77387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.