Martın əvvəlindən Ermənistana kütləvi şəkildə gələn Rusiya vətəndaşlarının pul köçürmələri xeyli artıb. Görünən odur ki, bu qrup adamlar Rusiyada yaşayan erməni əmək miqrantlarından daha çox pul köçürürlər və Ermənistanda xərcləyirlər.
Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının sədr müavini Ovannes Xaçatryan məlumat yayıb.
Xaçatryan rusların Ermənistanda nə qədər “qalacaqlarını” proqnozlaşdıra bilməyib:
“Əgər onların ölkədə qalma müddəti uzun olarsa, o zaman Mərkəzi Bankın qiymətləndirməsində Ermənistan ÜDM-də ildə 0,3-0,4% artım gözləmək olar. Eyni zamanda, Rusiyadan gələnlərin davranışını təhlil etmək daha çətindir, çünki bu qrup insanlar Ermənistan iqtisadiyyatı üçün yenidirlər və onlarla bağlı hər hansı proqnoz vermək düzgün olmazdı. Digər məlumatlar da araşdırılır: onların tutduqları kirayə evlər, əmək müqavilələri və s”.
Xaçatryan qeyd edib ki, sonuncu göstərici nikbindir, çünki çoxları burada ticarət müəssisəsi açarkən muzdlu işçilərlə müqavilə bağlayırlar.
“Qısa müddətə qalmağı düşünsəydilər, muzdlu işçilər üçün deyil, fərdi sahibkarlar üçün qeydiyyatdan keçərdilər. Ancaq biz bunun əksini görürük”, deyə maliyyəçi izah edib.
Bizim.Media
- A-
- A
- A+
Region
15:24 / 16.05.2022
Ermənistan müharibəyə görə Rusiyadan qaçıb gələn rusların umuduna qalıb? – RƏSMİ CAVAB
Hazırda oxunan: Ermənistan müharibəyə görə Rusiyadan qaçıb gələn rusların umuduna qalıb? – RƏSMİ CAVAB
Hazırda oxunan: Ermənistan müharibəyə görə Rusiyadan qaçıb gələn rusların umuduna qalıb? – RƏSMİ CAVAB
74600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.