Kənd başçısı: Şurnuxu kəndinin sakinləri artıq evlərini tərk etdilər

Kənd başçısı: Şurnuxu kəndinin sakinləri artıq evlərini tərk etdilər

Hazırda oxunan: Kənd başçısı: Şurnuxu kəndinin sakinləri artıq evlərini tərk etdilər

7429

Şurnuxu kəndinin sakinləri Azərbaycana verilən 12 evi tərk ediblər.

Bizim.Media xəbər verir ki, bunu Şurnuxu kəndinin başçısı Akop Arşakyan NEWS.am-ın müxbirinə verdiyi müsahibəsində söyləyib.

 

MÖVZU İLƏ BAĞLI:

Şurnuxu kəndində 12 ev Azərbaycana təhvil verildi - VİDEO



“Artıq gəliblər, bizim sərhədçilərimiz də buradadır. İndi aşağıya enirəm. Gələnlər arasında azərbaycanlı generalı da var. Harada duracağımıza qərar veriləcək” deyib Arşakyan.

Onun sözlərinə görə, evsiz qalan ailələrin əksəriyyəti kənddəki boş evlərdə məskunlaşıb, bir neçə ailə Gorusa, biri Qafana köçüb.

Xatırladaq ki, azərbaycanlılar kəndin yarısının Azərbaycana veriləcəyini bildirmiş və Şurnuxu sakinlərinə bu ərazidə yerləşən 12 evi tərk etmək üçün vaxt vermişdilər. Kənd sakinlərinin bir hissəsi evlərini yandırıb. Kənd isə iki hissəyə bölünüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO