Tezliklə Azərbaycan

Tezliklə Azərbaycan "Zəngəzur əməliyyatı"na başlayacaq – Erməni politoloq

Hazırda oxunan: Tezliklə Azərbaycan "Zəngəzur əməliyyatı"na başlayacaq – Erməni politoloq

73682

“Bu haqda çoxdan yazmışdım, amma yazdıqlarım ciddiyə alınmır. Rəsmi Bakı Ermənistandan 7 kəndi (Qazaxda və Naxçıvanda işğal edilən ərazilər nəzərdə tutulur) geri alacaq, “Artsax”ı (Qarabağda qondarma rejim) Azərbaycanın bir hissəsi kimi tanıyacaq, həmçinin Qara Gölü, Yuxarı Şorca kəndini (Basarkeçər rayonunda yerləşən) tələb edəcək.

Bizim.Media “Aysor.am” saytına istinadən xəbər verir ki, bu fikirləri erməni politoloq Stepan Danielyan Facebook səhifəsində yazıb.

“Onlar tanındıqdan sonra növbəti mərhələdə Azərbaycan Zəngəzur (ermənilər Sünik adlandırır) əməliyyatına başlayacaq.

Bu vəziyyətdə İrəvandakı küçə mübarizəsi problemi həll etmir. Mən baş nazirin istefasının tərəfdarıyam, lakin istənilən istefa özlüyündə məqsəd olmamalıdır, milli strategiyanın hazırlanması vacibdir, qalan addımlar da bu məntiqdən irəli gəlməlidir”, – deyə politoloq qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO