Qara dənizdə Rusiyanın “Moskva” raket kreyseri vurulub? – DETALLAR - VİDEO

Qara dənizdə Rusiyanın “Moskva” raket kreyseri vurulub? – DETALLAR - VİDEO

Hazırda oxunan: Qara dənizdə Rusiyanın “Moskva” raket kreyseri vurulub? – DETALLAR - VİDEO

69555

Rusiya Qara dəniz donanmasının “Moskva” kreyseri yanğından sonra baş verən sursatın partlaması nəticəsində ciddi zədələnib. Kreyserin ekipajı təxliyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

“Moskva” raket kreyserində yanğın nəticəsində döyüş sursatı partlayıb. Gəmiyə ciddi ziyan dəyib. Ekipaj tamamilə təxliyə edilib", - deyə nazirlik qeyd edib.

Nazirlik yanğının səbəbinin araşdırıldığını bildirib.

Ukrayna mətbuatı isə dünən axşam saatlarında kreyserin 2 Neptun kompleksi ilə vurulduğunu yazıb. Mənbə qeyd edir ki, zərbə zamanı kreyserdə 510 ekipaj üzvü olub, ölən və yaralananların sayı dəqiqləşdirilir.
Digər rus gəmiləri kreyserə kömək etmək üçün əraziyə yaxınlaşıb. Kreyserin yandığı deyilir. Onun batmaması üçün tədbirlər görülür.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO