“Bu gün beynəlxalq ictimaiyyət Ermənistana açıq şəkildə bildirir ki, dünyada Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq təkcə “Artsax” (Qarabağda qondarma rejim) üçün deyil, Ermənistan üçün də böyük təhlükədir”.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Ermənistanın baş naziri Qarabağ məsələsində beynəlxalq ictimaiyyətin mövqeyini açıqlayıb:
“Bu gün beynəlxalq birlik bizə deyir ki, Qarabağla bağlı çağırışlarımızın tonunu aşağı salaq, Ermənistan və Qarabağ ətrafında daha böyük beynəlxalq konsolidasiyanı təmin edək. Əks halda bəyan edirlər ki, bizə arxalanmayın, sizə kömək edə bilmərik”.
Bizim.Media
- A-
- A
- A+
Region
12:53 / 13.04.2022
Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağına eyham vurdu
Hazırda oxunan: Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağına eyham vurdu
Hazırda oxunan: Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağına eyham vurdu
69431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.