Ermənistan hökumətinin bugünkü iclasında baş nazir Nikol Paşinyan Azərbaycan prezidenti ilə Brüsseldə aparılan danışıqlar barədə auditoriyaya məlumat verib.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan görüşdə irəliləyişin qeydə alındığını bildirib.
“Biz Azərbaycanın təkliflərinə cavab olaraq vurğuladıq ki, bunlarda qəbuledilməz heç nə yoxdur. Eyni zamanda, Brüsseldə keçirilən görüşdə iki istiqamətdə irəliləyiş qeydə alınıb. Brüssel görüşünə ümumi qiymət verəcəyəmsə, deməliyəm ki, iki istiqamətdə irəliləyişlə bağlı razılıq əldə olunub. Sonrakı qiymətləndirmə razılaşmaların praktiki icrası mərhələsində əldə ediləcək nəticələrdən asılıdır.
MÖVZU İLƏ BAĞLI:
Brüssel görüşündə 4+4 NƏTİCƏ – Paşinyan İlham Əliyevlə niyə razılaşdı?
Biz ölkəmiz, regionumuz üçün dinc inkişaf erası açmaq üçün gündəliyimizi ardıcıl irəli sürəcəyik, bütün bunları həyata keçirmək üçün mümkün olan hər şeyi etməliyik”, - Paşinyan deyib.
O, Azərbaycanla sərhədin delimitasiyası məsələsinə də toxunub.
“İrəvanın mövqeyi belədir ki, Ermənistanla Azərbaycan arasında de-yure sərhəd var. Söhbət sovet dövründə mövcud olan sərhəd xəttindən gedir. Bu baxımdan delimitasiya işlərinə başlamaq və paralel olaraq sülhün və sabitliyin təmin olunması üçün tədbirlər görmək lazımdır.
Rusiya sərhədin demarkasiyası və delimitasiyası üzrə işlərə kömək etməyə hazır olduğunu bildirib, eyni şey Avropa İttifaqına da aiddir. Biz bu istiqamətdə irəliləməliyik”, - Ermənistanın baş naziri yekunlaşdırıb.
Bizim.Media