“Göstərdiyiniz səylərə görə sizi təbrik edirəm. Davam edən toqquşma qonşunuz və dostunuz olaraq bizi narahat edir".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan İstanbulda Ukrayna-Rusiya danışıqları keçirilən məkana gəldi - VİDEO
“Dövlət rəhbərləriniz başda olmaqla bir çox rəsmilərinizlə təmasdayıq. Bütün beynəlxalq platformalarda hər iki tərəfin maraqlarına uyğun mövqe ifadə etdik. Məsuliyyəti üzərimizə götürməkdən çəkinmədik. Müharibənin uzanması kimsənin maraqlarına uyğun deyil. Artıq müzakirələrin uğurlu nəticələri olmalıdır”, - deyə ölkə başçısı bildirib.
Qeyd edək ki, Ukrayna-Rusiya danışıqları İstanbulda keçirilir.
Bizim.Media