Zelenski:

Zelenski: "Müharibənin nə qədər davam edəcəyini bilmirəm, amma..."

Hazırda oxunan: Zelenski: "Müharibənin nə qədər davam edəcəyini bilmirəm, amma..."

66737

Prezident Volodimir Zelenski bildirib ki, Ukraynanın Rusiya qoşunlarına qarşı müharibədə qələbəsi, ilk növbədə, mümkün qədər çox insanın həyatını xilas etmək bacarığında olacaq. 

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə “The Economist”ə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ukrayna xalqı son şəhərə qədər döyüşməyə hazırdır.
 

MÖVZU İLƏ BAĞLI:

“Rusiya bir ayda 16 mindən çox hərbçisini itirib” - Zelenski


Zelenski qeyd edib ki, mümkün qədər çox ukraynalının həyatı xilas edilməlidir, əks halda qələbənin heç bir mənası olmayacaq.

“Qələbə onlarsız heç bir məna kəsb etməyəcək. Düzdür, müharibənin nə qədər davam edəcəyini bilmirəm, amma biz son şəhərə qədər döyüşəcəyik”, - deyə Ukrayna prezidenti bildirib.
“Xersona baxın, orada insanlar tankı dayandırmaq üçün küçənin ortasına çıxırlar. Özləri belə qərar veriblər. Onlara tankın altına atılmaq əmri verə bilməzdim. Ona görə də sona qədər bu insanların yanında olacağam”, - deyə dövlət başçısı bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO