Ararat Mirzoyan: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

Ararat Mirzoyan: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

Hazırda oxunan: Ararat Mirzoyan: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

606345

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin TRIPP layihəsi ilə bağlı açıqlamasında "üçüncü tərəfdaşlar"a istinad edilməsinə aydınlıq gətirib. 

Bizim.Media “News.am”a istinadla xəbər verir ki, bu barədə Ararat Mirzoyan aprelin 10-u İrəvanda estoniyalı həmkarı ilə birgə mətbuat konfransında Amerika bəyanatının mənası ilə bağlı sualı cavablandırarkən bildirib. 

Nazirin sözlərinə görə, hazırda lazımi sənədlərin hazırlanması və təsdiqlənməsi davam edir və tərəflər müxtəlif məsələlər üzrə öz mövqeləri barədə daim fikirmübadiləsi aparırlar:

“Ümid edirik ki, tikinti işlərinə ən qısa zamanda başlaya biləcəyik. Burada bizə üçüncü tərəfdaşlar lazım olacaq. Ermənistanla ABŞ arasında razılaşma ikitərəflidir. Lakin tikinti mərhələsində üçüncü ölkələrin, ehtimal ki, sistem idarəetmə məsələlərində də iştirakı zəruri olacaq", - deyə xarici işlər naziri izah edib. 
 

Onun sözlərinə görə, layihənin Çindən Portuqaliyaya qədər, hətta yaxın qonşularından danışmasaq belə, çoxsaylı ölkələrin maraqlarına uyğun olduğu heç kimə sirr deyil. 


“ "Tramp Yolu" layihəsi bir ucunda Azərbaycanla, digər ucunda isə Naxçıvanla bitir, lakin onun məntiqi davamı Yerasx vasitəsilə Ermənistan dəmir yollarına və Qars-Gümrü vasitəsilə Türkiyə dəmir yollarına birləşməsidir. Mərkəzi Asiya ölkələri layihə ilə maraqlanır. Məsələ Qazaxıstan xarici işlər naziri və nəqliyyat nazirinin bu yaxınlarda səfəri zamanı müzakirə olunub”, - erməni nazir xatırladıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO