Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Hazırda oxunan: Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

602676

ABŞ və İsrailin İrana qarşı hərəkətləri ümidsizdir, çünki nə Vaşinqton, nə də Təl-Əvivin qalib gəlmək potensialı yoxdur.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Gerhard Şröder bildirib.
 

"Mən amerikalıların və israillilərin orada İranda etdiklərini ümidsiz hesab edirəm. Əslində, bu, ideoloji səbəblərdən aparılan və həqiqətən qalib gəlmək mümkün olmayan bir müharibədir", - deyə Almaniya hökumətinin keçmiş rəhbəri qeyd edib.


Şröder həmçinin ABŞ-ın Yaxın Şərqdəki hərəkətlərini ötən əsrin Vyetnam müharibəsi ilə müqayisə edib. O, həmçinin Almaniyanın Hörmüz boğazının açılması əməliyyatında iştirak etməməsini məsləhət görüb.

Qeyd edək ki, Gerhard Şröder 1998-ci ildən 2005-ci ilə qədər Almaniyanın federal kansleri vəzifəsində çalışıb. İstefasından sonra o, Rusiyanın enerji layihələri üzrə lobbist olub, “Rosneft” şirkətinin direktorlar şurasının sədri (2017–2022) vəzifəsini tutub.
 

Eyni zamanda Şröder Rusiya Elmlər Akademiyasının xarici üzvü (2008) seçilib, Sankt-Peterburq Universitetinin fəxri elmlər doktoru adını alıb.


Şröder beynəlxalq aləmdə Rusiya prezidenti Vladimir Putinin yaxın dostu kimi tanınır. Ukraynaya münasibətinə görə o, keçmiş kansler kimi bəzi imtiyazlarından məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO