Kreml səhvən yayımladı: Putinin VİDEOSU sosial şəbəkələrdə gündəm oldu

Kreml səhvən yayımladı: Putinin VİDEOSU sosial şəbəkələrdə gündəm oldu

Hazırda oxunan: Kreml səhvən yayımladı: Putinin VİDEOSU sosial şəbəkələrdə gündəm oldu

600346

Rusiya Prezidenti Vladimir Putinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hazırladığı videomüraciətin redaktə olunmamış versiyası Kreml tərəfindən səhvən yayımlanıb.

Bizim.Media xəbər verir ki, yayımlanmalı olan montaj edilmiş final versiya əvəzinə xam görüntülərin paylaşılması diqqət çəkib.
 

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdə Putinin çıxışı zamanı təxminən 30 saniyə ərzində öskürdüyü və daha sonra çəkilişin dayandırılmasını istədiyi anlar yer alıb. Kadrlarda Putinin həmin hissədən sonra videonun yenidən çəkilməsini xahiş etdiyi görünür.


Normalda Kreml çıxışın yalnız montaj edilmiş və son versiyasını yayımlamalı idi. Lakin texniki səhv nəticəsində yayımlanan xam video qısa müddətdə internetdə geniş yayılıb və müzakirələrə səbəb olub.

Hadisə ilə bağlı Kremlin rəsmi açıqlama verib-verməyəcəyi isə hələlik məlum deyil.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO