Ayrılmaq istəyən qadını boğaraq öldürdü

Ayrılmaq istəyən qadını boğaraq öldürdü

Hazırda oxunan: Ayrılmaq istəyən qadını boğaraq öldürdü

600344

Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda dəhşətli qətl hadisəsi baş verib. Alev Koç adlı qadın ayrılmaq istədiyi şəxs tərəfindən boğularaq öldürülüb.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı saxlanılan Hasan Hüseyin Subaşı həbs edilib.

Məlumata görə, iki uşaq anası olan Alev Koç təxminən 4 aydır münasibətdə olduğu Subaşıdan ayrılmaq qərarına gəlib. Kişi isə “son dəfə danışmaq istəyirəm” deyərək qadını görüşə çağırıb.
 

Görüş zamanı Alev Koç qərarından geri çəkilməyəcəyini deyəndə Hasan Hüseyin Subaşı qadını avtomobilin içində boğaraq öldürüb.


Hadisədən sonra Subaşı Qaziantep Ədliyyəsinə gedərək cinayəti etiraf edib. Jandarma əməkdaşları qəbiristanlıq yaxınlığında avtomobildə qadının cansız bədənini aşkar ediblər.

Cinayətdən sonra Alev Koçun ailəsi yeni iddialar səsləndirib. Qadının bacısı Zeynəb İbili bildirib ki, bacısının ölümündən sonra onun təxminən 4 milyon lirə kredit götürdüyünü öyrəniblər və bu pulun hara getdiyi məlum deyil:

“Bacım bir dələduz tərəfindən vəhşicəsinə öldürüldü. Təxminən 4 milyon lirə kredit götürüldüyünü bilirik, amma pul ortada yoxdur. Nə baş verdiyini bilmirik.”
 

Ailə üzvləri iddia edirlər ki, şübhəli əvvəllər də müxtəlif insanları aldatmaqda şübhəli bilinib. Qadının anası Cennet Koç bildirib ki, Subaşı daha əvvəl Fransada iki qadını da aldadıb.


Atası Hayri Koç isə qatilin özünü “mafiyaya bağlı adam” kimi təqdim etdiyini və qızını qorxutduğunu deyib.

Alev Koçun ailəsi şübhəlinin ən ağır cəzaya məhkum edilməsini tələb edir və qadın qətllərinin qarşısının alınması üçün ciddi tədbirlər görülməsini istəyir.

Hadisə ilə bağlı istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO