Türkiyə Cümhuriyyətinin şahidi olan 113 yaşlı Cemilə nənənin Qadınlar Günü qeyd edildi

Türkiyə Cümhuriyyətinin şahidi olan 113 yaşlı Cemilə nənənin Qadınlar Günü qeyd edildi

Hazırda oxunan: Türkiyə Cümhuriyyətinin şahidi olan 113 yaşlı Cemilə nənənin Qadınlar Günü qeyd edildi

600327

Türkiyənin Batman vilayətinin Sason rayonunda yaşayan, Cümhuriyyətin qurulduğu illərə şahidlik etmiş 113 yaşlı şəhid anası Cemilə Yıldırım 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ziyarət edilib.

Bizim.Media xəbər verir ki, Sason Şəhid və Qazi Ailələri Dərnəyinin sədri Mutalip Çelik və onu müşayiət edən şəxslər Cemilə nənənin evinə gələrək ona gül dəstəsi təqdim edib və bayramını təbrik ediblər.

Cümhuriyyətin ilk illərini görmüş Cemilə Yıldırım 7 uşaq və 80-dən çox nəvənin sahibidir.

Mutalip Çelik bildirib ki, şəhid ailələri heç vaxt tək buraxılmır:
 

“Qadınlar Günü münasibətilə 113 yaşlı şəhid anamız Cemilə nənəni ziyarət edib bayramını qeyd etdik. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirik.”


Təxminən 25 il əvvəl terrorla mübarizə zamanı oğlunu itirən Cemilə Yıldırım isə yaşadığı çətinliklərə baxmayaraq ölkəsinin bu gün daha yaxşı vəziyyətdə olduğunu deyib.

O, çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün tez-tez dua etdiyini də qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO