İranın paytaxtı Tehranın qərbindəki Maqdad aviabazasına hücum edilib.
Bizim.Media xəbər verir ki, hücumun görüntüləri teleqram kanallarında yayılıb.
Görüntülərdə hava zərbələrindən sonra bazada partlayışların baş verdiyi və qatı dumanın yüksəldiyi öz əksini tapıb.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Bizim.Media

























































































