Türkiyədə zərərsizləşdirilən İran raketinin VİDEOSU

Türkiyədə zərərsizləşdirilən İran raketinin VİDEOSU

Hazırda oxunan: Türkiyədə zərərsizləşdirilən İran raketinin VİDEOSU

599660

Xəbər verdiyimiz kimi, İrandan buraxıldıqdan sonra İraq və Suriya hava məkanını keçərək Türkiyə hava məkanına istiqamətləndiyi müəyyən edilən ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında qarşılanaraq zərərsizləşdirilib.
 

MÖVZU İİLƏ BAĞLI: 

İrandan atılan raketlə bağlı Ankaradan Tehrana XƏBƏRDARLIQ


Bizim.Media xəbər verir ki, sözügedən raketin qalıqlarının ərazidən götürülməsinin görüntüləri yayılıb.

Qeyd edək ki, Hatay vilayətinə düşən sursat parçası heç bir təhlükə yaratmayıb.

Sözügedən hadisə ilə bağlı Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Hakan Fidan İrandan atılan və Türkiyə hava məkanında zərərsizləşdirilmiş ballistik raketlə bağlı rəsmi Ankaranın reaksiyasını Əraqçiyə çatdırıb, münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı addımdan çəkinməyin lazım olduğunu bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO