Ermənistan Prokurorluğu keçmiş təhsil və elm naziri Levon Mkrtçyandan 3,1 milyon ABŞ dolları və 33 ədəd daşınar və daşınmaz əmlakın müsadirə olunmasını tələb edir.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İddiaya əsasən, pul vəsaitləri ilə yanaşı 26 daşınmaz əmlak obyekti, 7 nəqliyyat vasitəsi, 5 hüquqi şəxsdə pay müsadirəyə cəlb edilməlidir.
Qeyd olunur ki, 893 milyon 449 min dram qanunsuz vəsait qalığı kimi, həmçinin 276 milyon 106 min dram isə qanuni gəlirlərlə təsdiqlənməyən vəsait kimi müsadirə olunacaq.
Xatırladaq ki, Levon Mkrtçyan “Daşnaksütyun” partiyasının üzvüdür və 1998–1999, 2001–2003, 2006–2008 və 2016–2018-ci illərdə nazir vəzifəsində çalışıb. (Mənbə: Sputnik Ermənistan)
Bizim.Media
































































































