İranda hicabsız qadınlar marafonda iştirak etdi - Təşkilatçılar tutuldu - VİDEO

İranda hicabsız qadınlar marafonda iştirak etdi - Təşkilatçılar tutuldu - VİDEO

Hazırda oxunan: İranda hicabsız qadınlar marafonda iştirak etdi - Təşkilatçılar tutuldu - VİDEO

584337

İran məhkəməsi marafonda hicabsız qadınların iştirakına görə iki təşkilatçını həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı The Guardian nəşri İran məhkəmə sistemi ilə bağlı Mizan saytına istinadən yayıb.

Məlumata görə, yarışdan yayımlanan görüntülərdə bəzi qadın iştirakçıların hicab taxmadığı görünür.
 

Marafon ölkənin cənub sahillərində yerləşən Kiç adasında keçirilib və tədbirdə təxminən 5 min nəfər iştirak edib. Məhkəmənin məlumatına görə, həbs edilənlərdən biri Kiç sərbəst iqtisadi zonasının rəsmisi, digəri isə yarışı təşkil edən şirkətdə çalışan şəxşdir.


Mizanın açıqlamasına əsasən, hakimiyyət marafonun “ictimai əxlaq normalarının pozulması” ilə təşkil edildiyini hesab edir.

Təşkilatçılara qarşı cinayət işi açılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO