Ermənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya layihəsi “ReOpen Media” fəaliyyətini dayandırdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Real TV” məlumat yayıb.
Məlumata görə, qurum dekabrın 6-da gecəyarısı təcili efirə çıxaraq maliyyə çətinlikləri və siyasi təzyiqlər səbəbindən bağlandığını bəyan edib.
Rəsmi açıqlamada maliyyə problemləri əsas səbəb kimi göstərilsə də, layihənin bağlanmasının son günlərdə yaşanan gərginliklə birbaşa bağlı olduğu bildirilir.
Belə ki, dekabrın 3-də Real TV-nin canlı efirində aparıcı Vəfa Həmzəyeva ilə “ReOpen Media”nın aparıcısı Diana Karapetyan arasında telekörpü təşkil olunub. Söhbətin siyasi mövzulara toxunulmadan aparılacağı əvvəlcədən razılaşdırılsa da, Karapetyan təxribat törətməyə cəhd edib və efir zamanı “Artsax” ifadəsini işlədib.
Erməni jurnalistin “Bizim üçün “Artsax”, digərləri üçün Qarabağ” sözləri Vəfa Həmzəyevanın kəskin etirazına səbəb olub: “Siz hələ də “Artsax” deyirsinizsə, biz hansı sülh dialoqundan danışa bilərik? Rəsmi İrəvan artıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır”.
Aparıcının reaksiyasından sonra Diana Karapetyan “Artsax” ifadəsindən istifadə etməyi dayandırıb və mövqeyini əsaslandırmağa çalışsa da, dialoq gərgin şəkildə davam edib.
Daha ətraflı süjetdə:
Bizim.Media

- A-
- A
- A+
Region
23:24 / 06.12.2025
Ermənistanda azərbaycandilli kanal BAĞLANDI - VİDEO
Hazırda oxunan: Ermənistanda azərbaycandilli kanal BAĞLANDI - VİDEO
Hazırda oxunan: Ermənistanda azərbaycandilli kanal BAĞLANDI - VİDEO
584216
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































