Qazaxıstan Məclisi ictimai yerlərdə üzü tanıma imkanını məhdudlaşdıran geyimlərin (niqabın) istifadəsinə görə məsuliyyət nəzərdə tutan yeni “Hüquq pozuntularının profilaktikası haqqında” vahid qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” nəşri yazıb.
Məlumata görə, ilk qayda pozuntusuna görə xəbərdarlıq, təkrar halda isə 3 932 təngə məbləğində cərimə nəzərdə tutulur.
Qanuna əsasən qaydaları pozan şəxsləri FHN əməkdaşları saxlayacaq.
Bizim.Media





























































































