Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin Ukrayna ilə bağlı ABŞ-ın sülh planını rədd etməsi barədə deyilənlər düzgün deyil.
Bizim.Media xəbər verir ki, bu barədə o, jurnalistlərin sualına cavabında danışıb.
Onun sözlərinə görə, bu cür yanaşmalar doğru sayılmamalıdır.
Peskov əlavə edib ki, 2 dekabr tarixində tərəflər arasında sülh planı ilə bağlı “birbaşa fikir mübadiləsi” ilk dəfə baş tutub.
“Bəzi məqamlar qəbul edildi, bəziləri isə qəbuledilməz hesab olundu. Bu isə kompromis axtarışı baxımından normal iş prosesidir”, – deyə Kremlin nümayəndəsi bildirib.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da kompromis variantının hələ tapılmadığını açıqlamışdı. O bildirib ki, ABŞ-ın irəli sürdüyü bəzi təkliflər “qəbul edilə bilən” sayıla bilər, lakin müzakirəyə ehtiyac var.
“Bəzi ifadələr isə bizə uyğun deyil”, – deyə Uşakov qeyd edib. (Mənbə: TASS)
Bizim.Media





























































































