“Bu ölkəyə yenidən bədəl ödətdirməyə imkan verməyəcəyik və bunun üçün çalışanların məqsədinə çatmasına şərait yaratmayacağıq. Suyu bulandırıb həmin bulanıq axında balıq tutmaq istəyənlərin oyunlarına təslim olmayacağıq.”
Bizim Media xəbər verir ki, bunu Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə Böyük Millət Məclisində partiyanın parlament qrupunun iclasında bildirib.
Prezident qeyd edib ki, 2026-cı il Türkiyə üçün böyük beynəlxalq sammitlər ili olacaq: ölkə COP31, NATO sammiti və Türk Dövlətləri Təşkilatının 13-cü sammitinə ev sahibliyi edəcək.
Ərdoğan əlavə edib: “İllərlə gizlədilən və təxirə salınan problemləri nəhayət həll etmək istəyirik.
Məqsədimiz Türk əsrinin qurulması yolunda böyük-kiçik bütün maneələri aradan qaldırmaqdır.”
Bizim Media






























































































