Rusiyanın strateji neft kəməri yenidən VURULDU

Rusiyanın strateji neft kəməri yenidən VURULDU

Hazırda oxunan: Rusiyanın strateji neft kəməri yenidən VURULDU

583662

Rusiya ərazisində “Drujba” neft kəmərində növbəti partlayış baş verib. Hadisə dekabrın 1-nə keçən gecə qeydə alınıb.

Bizim Media xəbər verir ki, bu barədə “RBC-Ukraina” mənbələrinə istinadən məlumat yayıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr bildiriblər ki, hücum Taganroq–Lipetsk xəttinin Kazinskiye Vıselki yaşayış məntəqəsinə yaxın hissəsində həyata keçirilib.
 

Mənbənin sözlərinə görə, neft kəmərinin həmin hissəsini sıradan çıxarmaq üçün uzaqdan idarə olunan partlayıcı qurğudan istifadə olunub. Partlayıcı maddəyə əlavə olaraq yanıcı qarışıqlar tətbiq edilib ki, bu da yanğının daha geniş yayılmasına səbəb olub.


Sosial şəbəkə istifadəçiləri bölgədə güclü gurultu və parlaq işıqların müşahidə olunduğunu yazıblar.

Qeyd edək ki, son aylarda ukraynalı hərbçilər Rusiyanın “Drujba” neft kəməri infrastrukturuna bir neçə dəfə hücum ediblər. Bu zərbələr nəticəsində Rusiyadan Macarıstan və Slovakiyaya neft nəqli bir müddət dayandırılmışdı.

Daha sonra məlum olub ki, Macarıstan və Slovakiya Ukraynanın hücumu səbəbilə yaranan fasilədən sonra “Drujba” kəməri ilə Rusiya neftinin qəbulunu yenidən bərpa ediblər.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO