Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il dövlət büdcəsi layihəsinin parlamentdə müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bundan sonrakı əsas vəzifə bu sülhü qorumaq, möhkəmləndirmək və institusionallaşdırmaqdan ibarətdir.
“Biz Ermənistanı geosiyasi tələdən çıxardıq. Onu elə bir mərtəbəyə gətirdik ki, burada ölkə bütün istiqamətlər üzrə yeni perspektivlər əldə edib və Ermənistan xalqı hansı inkişaf modelini seçəcəyinə öz suveren iradəsi ilə qərar verə bilər.
Ermənistan xalqı seçkilərdə sülhü müdafiə etməlidir. Mən bir an belə şübhə etmirəm ki, onlar sülhün tərəfində olacaq, çünki bu, onların sülhüdür — uşaqlarının, ailələrinin, nəvələrinin, nəticələrinin sülhüdür”, — deyə o bildirib.
Bizim.Media






























































































