Türkiyə yaxın 6 ay ərzində Ermənistanla quru sərhədini aça bilər - KİV

Türkiyə yaxın 6 ay ərzində Ermənistanla quru sərhədini aça bilər - KİV

Hazırda oxunan: Türkiyə yaxın 6 ay ərzində Ermənistanla quru sərhədini aça bilər - KİV

583636

Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açma imkanını nəzərdən keçirir.

Bu addım Avropada Soyuq müharibə dövründən qalan son bağlı sərhədin açılması ilə nəticələnə və Cənubi Qafqazda ticarətin bərpasına şərait yarada bilər.

Bizim.Media xəbər verir ki, bu iddianı Bloomberg-in mənbələri yayıb.
 

Qeyd olunur ki, Azərbaycanla diplomatik irəliləyiş və Türkiyə sərhədinin açılması Ermənistanın baş naziri Nikol Paşinyana 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ərəfəsində mühüm siyasi üstünlük verəcək.


Mənbələrin sözlərinə görə, əgər Paşinyan seçkilərdə qalib gəlsə, Azərbaycanla sülh sazişini imzalaya bilər.

Məhz bundan sonra Türkiyənin Ermənistanla diplomatik münasibətləri bərpa etmək üçün İrəvana səfir təyin edə biləcəyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO